18 Avqust 2023 19:25
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan ilk köç - 90 nəfərdən ibarət 23 ailə mənzil başına çatıb.

Teleqraf.com xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov sakinləri yenidən öz doğma şəhərinə qayıdışı münasibətilə təbrik edib.

Daha sonra evlərin açarları sakinlərə təqdim olunub.

Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin köçürülməsi nəzərdə tutulur.

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib.

Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.

Keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı qarşıdakı günlərdə davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər