“Yevlaxda nəzərdə tutulan görüşdə “artsax” məsələsi bağlanacaq. Ağdam-Xankəndi yolu açılacaq. Növbəti mərhələdə erməni hərbçilər tərksilah ediləcək, rus sülhməramlılar bölgədən gedəcək və Azərbaycan polisi Xankəndiyə daxil olacaq. Bununla da “artsax” dağıdılır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasətçi Artur Osipyan bildirib.
Onun sözlərinə görə, dünən Xankəndi erməniləri (“Milli Assambleya”) qapalı məsləhətləşmə zamanı ölkədəki vəziyyəti müzakirə ediblər.
Qondarma rejimin rəhbəri Arayik Harutyunyan qeyd edib ki, onlar təkdir, heç bir tərəfdarı yoxdur.
“Biz başa düşürük ki, Rusiyanın təsiri böyükdür, biz onlardan asılıyıq. Rusiya sülhməramlıların Qarabağı tərk edəcəyinə dair fikir var. İndi “artsax”ın sayılı günləri qalıb. Dünənki məsləhətləşmənin nəticələri yaxın günlərdə qərarlar şəklində məlum olacaq”, - Osipyan bildirib.