Bir qrup erməni Ağdam-Xankəndi yolunu bağlayıblar. Onlar Azərbaycanın gətirdiyi humanitar yükün girişini əngəlləmək üçün çadırlar qurur.
Teleqraf.com xəbər verir ki, həmin qrup Ağdam – Xankəndi yolunda sülhməramlıların avtomobilinə hücum edib.
Onlar iddia edir ki, RSK-nın avtomobilində azərbaycanlı olub və o, sülhməramlıların formasını geyinib.
Hazırda həmin yolda gərginlik davam edir.