31 Avqust 2023 11:21
5 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan azərbaycanlılara “təkliflər paketi” göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Qəzet separatçıların ötən günlərdə Xankəndidə baş tutmuş 6 saatlıq toplantının yeni təfərrüatlarını öyrəndiyini iddia edir:

“Gecə saatlarına qədər gedən müzakirə zamanı diqqətçəkən bir epizod qeydə alınıb. Samvel Babayan çıxışında Bakıya “təkliflər paketi” göndərdiyini açıqlayıb.

Söhbətin nədən getdiyi, “paket”in məzmununun nədən ibarət olduğu, Babayanın azərbaycanlılara hansı təklifləri göndərdiyi məlum deyil. Sonuncu yalnız Araik Arutyunyanın bundan xəbərinin olduğunu deyib. Əgər bu, Araik Arutyunyanın bilgisi daxilində baş verirsə, bu nədir, niyə gizli saxlanılır?.

Qarabağdakı mənbələrimiz deyirlər ki, Samvel Babayanın azərbaycanlılarla birbaşa təmasların və Ağdam-Xankəndi yolunun açılmasının tərəfdarı olduğunu nəzərə alsaq, o zaman bu təkliflərin nələrdən ibarət olduğu məlumdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər