Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin bu gün İspaniyada keçirilən görüşünün gündəliyinə “Qarabağdakı vəziyyət” də daxil edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok məlumat verib.
“Fransalı həmkarımız (Ketrin Kolonna) ilə birlikdə “Qarabağdakı vəziyyəti” də gündəmə daxil etmişik”, - nazir bildirib.
Berbok fransalı həmkarı kimi separatçılara qahmar çıxıb, onların durumunu “fəlakətli” adlandırıb.
Almaniyalı nazir məsələ ilə əlaqədar amerikalı həmkarları ilə fikir mübadiləsi apardıqlarını da söyləyib.