General-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının yeni komandanı təyin edilib.
Teleqraf.com xəbər verir ki, o, bu postda general-polkovnik Aleksandr Lentsovu əvəzləyib.
Kirill Kulakov 1969-cu il iyulun 20-də anadan olub.
1990-cı ildə Kazan Ali Hərbi Məktəbini bitirib. 1995-2014-cü illərdə burada müəllim işləyib.
2017-ci ilin martından Kazan Ali Hərbi Məktəbinin komandiridir.
Rütbəsi general-mayordur.