1 Sentyabr 2023 14:20
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Bakının Qarabağda qayda-qanun yaratmaq və təşəbbüsə yiyələnmək siyasətini önləmək üçün sərhəddə bizə problem yaratmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın sərhəddə Azərbaycana qarşı son təxribatlarının təsadüfi olmadığını söyləyib:

“İkinci Qarabağ müharibəsi sentyabrda başladı, iki il sonra yenə bu ayda toqquşma baş verdi, hər iki tərəfdən itkilər oldu, yenə eyni ay və yenə sərhəddə atışma qeydə alınıb, düşmən itki verib.

Bu o deməkdirmi ki, bəzilərinin proqnozlaşdırdığı kimi bu ay böyük toqquşmanın şahidi ola bilərik?

Məntiqlə Ermənistan Baş naziri Nikol Paşinyan sərhəddə gərginlik yaratmaqda maraqlı olmamalıdır, çünki növbəti toqquşma yenə onun xeyrinə olmayacaq və yeni itkilər onun hökumətini daha çox laxladacaq. Ancaq Paşinyanın məntiqi olsaydı, Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitməzdi. Əksinə, Paşinyan və nazirləri Qarabağ mövzusunu ön plana çıxarmaqla iki ölkə arasındakı gərginliyin artmasına şərait yaradıb.

Sərhəddəki son təxribatın başqa məqsədi də var. Biz Qarabağda – öz ərazimizdə qayda-qanun yaratmaqda israrlıyıq. İrəvan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Xankəndi yolunda diplomatlar qarşısında səsləndirdiyi “Qarabağda xaosa imkan verməyəcəyik” və “erməni separatçıları tərksilah olunmalıdır” açıqlamasını antiterror əməliyyatının anonsu kimi oxuyublar. Doğru anlayıblar”.

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan Bakının Qarabağda qayda-qanun yaratmaq və təşəbbüsə yiyələnmək siyasətini önləmək üçün sərhəddə bizə problem yaratmağa başlayıb:

“Məqsədləri diqqəti separatçılar arasındakı xaosdan sərhədə yönətlməkdir ki, Azərbaycan bölgədə əməliyyat planını təxirə salsın. Tutaq ki, Qarabağda əməliyyat ləngidi, bu nəyi dəyişəcək ki? İrəvan və Qarabağdakı separatçıların “vaxt udmaq taksikası” nəticə verməyəcək. Hadisələr Xankəndi və ətrafında nəzarəti tam bərpa etməyimiz üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də dayandıra bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər