"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən Yerevana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur".
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bu fikirləri Seyran Aqambekyan deyib.
O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib: "Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm Yerevana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".