Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunduğu bir vaxtda separatçı rejim radikal açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, onlar Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə heç bir məhsulu qəbul etməyəcəklərini bəyan ediblər.
Xatırladaq ki, BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın dəhlizi ilə yanaşı, Ağdam - Xankəndi yolları vasitəsilə çatdırılmasına dair razılıq əldə olunub.
Həmçinin əlavə olunub ki, yüklər BQXK-nın maşınları ilə daşınacaq.