19 Sentyabr 2023 14:58
2 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçıların "başçıları" Xankəndidə yerləşən xəstəxanalardan birində gizləniblər.

Teleqraf.com Trend-ə istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədəki erməni mənbələr məlumat yayıb.

Onlar bununla Azərbaycan Ordusunun zərbələrindən gizlənməyə çalışırlar, çünki yaxşı bilirlər ki, Azərbaycan ordusu mülki obyektləri hədəf almır.

Separatçıların dırnaqarası "qərargah"ının fəaliyyəti gizli saxlanılır, çünki taleyin ümidinə buraxdıqları yerli əhalinin bunu başa düşməsindən qorxurlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər