“Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində öz tapşırıqlarını yerinə yetirməkdə davam edirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri leonid Slutski teleqram kanalında paylaşıb.
O bildirib ki, mövcud şəraitdə sülhməramlılar mülki əhaliyə yardım göstərməklə öz missiyalarını yerinə yetirirlər:
Slutski həmçinin, Qarabağ probleminin sülh yolu ilə həlli üsullarının Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar toplusunda göstərildiyini də qeyd edib.