“Söhbət de-yure Qarabağda - Azərbaycanın öz ərazisindəki hərəkətlərindən gedir”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Azərbaycan ordusunun artıq bitmiş antiterror tədbirləri haqda danışarkən deyib.
Rusiya rəsmisi çıxışında Qarabağın hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu təsdiqləyib.
Peskova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanı "Qarabağın müdafiəsi" ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edən bəyanatı ilə bağlı suala belə cavab verib:
"Belə qınaqları qəbul etmirik, xüsusən də Ermənistan tərəfinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı rəsmi qərarından sonra indi de-yure söhbət Azərbaycan Respublikasının öz ərazisindəki hərəkətlərindən gedir, ona görə də belə ittihamlar tamamilə əsassızdır".