Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərindən sonra separatçıların təslim olmasına münasibət bildirb.
Teleqraf.com xəbər verir ki, baş nazir Rusiya sülhməramlıların prosesdəki roluna da diqqət çəkib.
“Məntiqlə güman edilir ki, əgər Rusiya sülhməramlıları atəşkəs təklif ediblərsə, bu, özlüyündə o deməkdir ki, onlar Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək öhdəliyini tam və qeyd-şərtsiz qəbul ediblər. Bu isə o deməkdir ki, onlar Qarabağ ermənilərinin öz evlərində yaşamaq hüquqlarını qorumaq üçün tam şərait yaradırlar. Mənim fikrim budur ki, bu bəyanatla onlar bütün məsuliyyəti öz üzərlərinə götürürlər”, - Paşinyan deyib.