“Azərbaycanın qələbəsi Ermənistanın uzun illər dünyaya söylədiyi bütün yalanları faş edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Ekspert Ermənistanın bundan sonra dünyanı öz yalanlarına inandıra bilməyəcəyini söyləyib:
“Azərbaycanın öz ərazisində terrorçu qruplaşma üzərində qələbəsi Ermənistanın uzun illər bütün dünyaya söylədiyi yalanları da faş edəcək.
Ermənistanın ordusunun qalıqları qanunsuz şəkildə Azərbayan ərazisində dislokasiya olunmuşdu. Rəsmi İrəvan bunu qətiyyətlə təkzib etsə də, terroçuların təslim olması barədə razılaşmada bu, açıq şəkildə öz əksini tapıb. Ermənistan bu məsələdə də cavabdeh saxlanmalıdır.
Azərbaycanın Qarabağ bölgəsində 120 min erməninin yaşadığı iddia olunurdu. Bu rəqəm BMT Təhlükəsizlik Şurasında da dilə gətirilib. İndi məlum olacaq ki, Qarabağda bu rəqəmin 50 faizi qədər erməni sakin yoxdur.
Ermənistan Respublikasının terrorçu qrupu tam himayə etdiyi, ətraf aləmlə əlaqələrini təmin etdiyi, silah-sursatla təchiz etdiyi ifşa olunacaq.
Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin sübutları aşakarlanacaq.
Dinc sakinlərin terroçu qrup tərəfindən girov saxlanıldığı da sübut olunacaq”.