“Qarabağ Azərbaycanın tam nəzarətinə keçir. Təkcə xoş sözlə deyil, xoş söz və silahla daha çox şeyə nail ola bilərsiniz”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Artıq Qarabağ ermənilərinin Rusiyaya köçürülməsi ilə bağlı çağırışlar səslənir. Qəti şəkildə buna qarşıyam. Onlar Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, ABŞ və ya Fransaya təxliyə edilsinlər.
Qarabağdakı terrorçuların Rusiya ərazisinə daxil olmasının qarşısının alınması üçün birgə əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında qarşılıqlı əlaqənin gücləndirilməsi faydalı olardı. Bakının Qarabağ üzərində nəzarəti bərqərar etdikdən sonra bu kateqoriyadan olan şəxsləri axtarmaq və saxlamaq istəyi, digər məsələlərlə yanaşı, Rusiyanın milli təhlükəsizliyi üçün narahatlıqdır”, - ekspert bildirib.
Korotçenko ermənilərin Rusiyaya ərazi iddialarına da diqqət çəkib:
“İndi əsas odur ki, onlar Krasnodar və ya Soçidə hardasa “artsax” yaratmağa çalışmasınlar. Marsel və ya San Fransiskoda problem yoxdur”, - ekspert bildirib”.
Korotçenko son gəlişmələr fonunda İrəvanın Moskvanı ittiham etdiyini söyləyib:
“Paşinyan indi özünü hakimiyyətdə saxlamaq və baş nazir kürsüsündə qalmaq üçün hər şeydə Rusiyanı günahlandıracaq. Vovayeviçə sərt cavab verməliyik. Ermənilərin sualları varsa, saqqallı rəhbərlərinə müraciət etsinlər”.
Hərbi ekspert onu da vurğulayıb ki, Rusiyadakı erməni lobbiçiləri erməni maraqlarını təşviq etmək üçün fəaliyyətlərin səmərəsizliyi səbəbindən sponsorlarının büdcələrini tamamilə sıfıra endirəcəklər.