“Düşünürəm ki, dünənki bəyanatlarda hər şey deyilib və bugünkü danışıqlar (Yevlax) da bunların əsasında aparılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, bundan sonra Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana köçmək istəyəcək.
“Məncə, insanların çoxu Ermənistana köçmək istəyəcək. Bəziləri fərqli fikirdə ola, qalmaq istəyə bilərlər. Hesab edirəm ki, bəyanatda qeyd olunan üç məqam danışıqlarda diqqət mərkəzində olacaq”, - Ohanyan əlavə edib.
Dünən Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Proses artıq başlayıb.