21 Sentyabr 2023 14:32
3 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Erməni və Rusiya saytları “Azərbaycan atəşkəsi pozaraq Xankəndi istiqamətində atəş açıb” dezinformasiyasını tirajlamaqla məşğuldur. Azərbaycanın Qarabağın hamısını nəzarətə götürməsini həzm etmək istəmirlər. Yevlaxda ermənilər növbəti kapitulyasiya sənədinə imza atsalar da, içərilərindəki təxribatçıların və onlara dəstək verən xarici mərkəzlərin vəziyyəti gərginləşdirmək istəkləri istisna deyil. Ona görə daxili qoşunlarımızın Xankəndiyə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir, bu məsələləri Rusiya hərbi kontingentinə etibar edə bilmərik”, - ekspert bildirib.

Elxan Şahinoğlu xatırladıb ki, atəşkəs razılaşmasından bir neçə saat sonra erməni separatçıları Rusiya hərbi kontingentinin nəqliyyat vasitəsinə atəş açıblar və bir neçə hərbçini öldürüblər:

“Moskvadan səs çıxmadı. Biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər