21 Sentyabr 2023 17:25
2 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün bütün ilkin şərtlər mövcuddur”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, sülh sazişinin yekunlaşmasına qədər hələ də həll edilməsi lazım olan texniki problemlər var, amma bunun üçün bütün ilkin şərtlər mövcuddur.

Peskov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şərtlərindən danışmağı tez hesab edir:

“Xeyr, indi çətin ki, kimsə (sülh müqaviləsinin bağlanma) tarixlərini qeyd edə bilsin, amma nəzərə alaq ki, Qarabağın mənsubiyyəti kimi əsas məsələ həll olunub. Ermənistanın qərarı ilə həll olundu və tənzimləndi, bundan sonra demək olar, önəmli irəliləyişlər təmin edilib”.

Peskov bundan əvvəl Qarabağın de-yure Azərbaycan ərazisi olduğunu bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər