“Qarabağda baş verənlər uzun illər oradakı separatizmdən qidalananları şoka salıb”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Son onilliklər ərzində yüzlərlə təbliğatçı Qarabağdakı erməni separatizminə informasiya, media və siyasi dəstək mövzularında qidalanırdı, çoxmilyonluq büdcələri mənimsəyib xərcləyirdilər. Artıq bitdi. İndi bu, çoxları üçün şok, təməllərin sarsılması, şəxsi faciədir. Bundan sonra belə necə yaşayacaqlar?”, - ekspert bildirib.