Ermənistanda Qarabağdan gəlmək istəyən ermənilər üçün 40 min yer hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Dünən də bu haqda danışmışam, 40 mindən çox yer hazırlanıb: yaşayış, səhiyyə, yemək və digər yerlər. Bu mənada biz hazır olduğumuzu və hazırlaşmağa davam etdiyimizi qeyd edə bilərik”, - baş nazir bildirib.
Paşinyan bununla bağlı Qarabağ ermənilərinin nümayəndələri ilə razılaşma olduğunu söyləyib. Ermənistan baş naziri məqsədlərinin erməniləri Qarabağdan tam çıxarmaq olmadığını da sözlərinə əlavə edib.