23 Sentyabr 2023 12:30
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə dinc əhalinin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

"Hərbi mənbələrdən aldığımız məlumata görə, hazırda erməni əsilli mülki şəxslərin böyük bir qrupu Xankəndini tərk edərək, Ermənistana səfər etmək istəyir. Daxil olan müraciətləri nəzərə alaraq, Azərbaycan tərəfi bu məqsədlə təhlükəsiz dəhliz yaradıb. Lakin Xankəndinin daxilində qalan, qanunsuz rejimdən qalanların rəhbərlərinin nəzarətində olan qeyri-qanuni silahlı birləşmələr bu insanları girov saxlayırlar. Onlar qorxurlar ki, mülki əhalinin şəhəri tərk etməsi rejimin son ləğvinə və onun liderlərinin həbsinə gətirib çıxaracaq", - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər