23 Sentyabr 2023 21:02
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Demilitarizasiya prosesi, eləcə də Şuşa-Xankəndi yolunun təmizlənməsi davam edir. İndi isə biz 30 ildən çox müddət ərzində qeyri-qanuni işğalın simvolu olmuş tankın yerləşdiyi ərazidəyik. Gördüyünüz kimi, tank artıq burada yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Şuşa şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri tərəfindən ərazi təmizlənir, Qarabağda yaşayan erməni sakinləri ərzaq, su və istilik ilə təmin edilir:

"Sentyabrın 19-da Azərbaycanın 4 polis əməkdaşı Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışı nəticəsində həlak olub. Bundan əlavə, həmin gün günorta saatlarında, 2 hərbi qulluqçumuz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qanunsuz fəaliyyət göstərən erməni birləşmələri tərəfindən atəşə məruz qalıb. Buna cavab olaraq Azərbaycan tərəfindən görülmüş lokal antiterror tədbirləri nəticəsində erməni dəstələrinin tərk-silah olunması ilə bağlı razılıq əldə edilib. Hazırda bu proses davam edir. Azərbaycanın Silahlı Qüvvələri Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət verir. Bu məqsədlə minatəmizləmə işləri aparılır. Həmçinin Kəlbəcər, Füzuli və Ağdam şəhərlərində müvəqqəti çadır düşərgələri qurulub. Bu çadır düşərgələrində 1000 nəfərə yaxın sakin ərzaq, su və elektrik enerjisi ilə təmin olunacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər