ABŞ senatoru Gerri Peters Ermənistana səfəri zamanı amerikalı səfir Kristina Quinlə birlikdə Sünikdə (Zəngəzur) olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Amerikalılar Sünik qubernatoru Robert Qukasyan, digər yerli rəsmilər və Avropa Birliyinin müşahidə missiyasının nümayəndələri ilə görüşüblər.
Görüşdə Azərbaycanın Qarabağ bölgəsindəki durum da müzakirə olunub.