25 Sentyabr 2023 16:04
5 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhməramlı potensialı olmayan üçüncü tərəflərin Cənubi Qafqazda mövcudluğunu gücləndirmək cəhdlərindən yayınmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya üçüncü tərəflərin vasitəçilik səylərini yalnız o zaman alqışlayacaq ki, onlar boş yerə, sadəcə regionda mövcudluqlarını təmin etmək üçün bölgədə yerləşmək istəməyəcəklər.

“Əsas odur ki, vəziyyəti düzəltməyə kömək etsin. Vasitəçilik potensialı olmayan bəzi üçüncü tərəflərin Qafqazda mövcudluğunu bərqərar etmək üçün boş cəhdlərinin qarşısını almaq çox vacibdir. Bu, vəziyyətin nizamlanmasına kömək etməyəcək”, - Kremlin sözçüsü bildirib.

Peskov həmçinin vurğulayıb ki, əgər kimsə gərginliyin səviyyəsinin azaldılmasına kömək edə bilsə və Qarabağın erməni əhalisinin yeni reallığa inteqrasiyasına kömək edə bilərsə, bu, yalnız alqışlana bilər.

“Amma bunun üçün bütün tərəflərin razılığı lazımdır”, - Peskov əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər