26 Sentyabr 2023 11:36
25 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın bir neçə gündə Xankəndidəki qondarma rejimin buraxılması elan ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr iddia edir ki, ictimaiyyətə açıqlanmasa da, Samvel Şahramanyan Azərbaycanın aidiyyəti qurumları ilə təmasadadır:

“Son görüşlər və danışıqlar nəticəsində azərbaycanlıların Xankəndiyə daxil olması ləngiyir. Sentyabrın 21-də Yevlaxda keçirilən dialoqda azərbaycanlılar növbəti dəfə prioritet tələblərindən birində təkid etdilər ki, qondarma qurumun ləğvi elan olunmalıdır, bütün “dövlət binaları”nda Azərbaycan bayrağı asılmalıdır, Xankəndidəki “qurumlar” inteqrasiyaya başlamalıdır”.

“Hraparak” yazır ki, Şahramanyan məsələ ilə əlaqədar Azərbaycan rəsmiləri ilə görüşüb:

“Şahramanyan şəhərdəki həssas durumu nəzərə alaraq, bayraqların asılması və Xankəndiyə girişin gecikdirilməsini xahiş edib”.

Erməni nəşri qondarma qurumun ləğvinin yaxın bir neçə gündə elan ediləcəyini, Xankəndidə Azərbaycan bayraqlarının asılacağını, şəhərdəki “institutlar”ın inteqrasiyaya başlayacağını bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər