26 Sentyabr 2023 18:49
5 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Qarabağa missiya göndərmək niyyəti ilə bağlı konkret vəziyyət nəzərə çarpmır. İstənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov Qarabağ məsələsində ABŞ-dan fərqli olaraq Rusiyanın iştirakının konkret olduğunu bildirib: “Rusiyanın Qarabağ prosesi ilə qarşılıqlı əlaqəsini və bizim orada iştirakımızı ABŞ-la müqayisə etmək mümkün deyil. Eyni sözləri bizim Qarabağ prosesində şifahi deyil, faktiki iştirakımız haqqında da demək olar, bu, müqayisə olunmazdır”.

Sözçü Rusiya sülhməramlılarının bölgədə mühüm rol oynadığını və bunun davam edəcəyini də vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, Vaşinqton Azərbaycanın Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək beynəlxalq missiyanın yaradılması üzərində işləyir. O bu məsələdə müttəfiqlərlə işlədiklərin diqqətə çatdırmışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər