1992-ci ilin 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqrım həyata keçirən ermənilərlə birgə 366-cı alayın zabit və əsgərləri də iştirak edib. Əlləri minlərlə insanın qanına batan, Azərbaycan Hərbi Prokurorluğu Xocalı faciəsinin törətməkdə ittiham olunan 38 nəfərdən ibarət siyahını beynəlxalq axtarış elan edilməsi üçün İnterpolun Milli Bürosuna təqdim edib.
Teleqraf.com xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.
O, Ruben Vardanyanın həbsindən sonra həbs olunmalı şəxslərin siyahısını təqdim edib:
“Bu siyahıda Xankəndində yerləşən 366-cı alayın zabitləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qarabağın erməni milliyyətindən olan sakinlərinin adları var.
1. 366-cı alaya rəhbərlik edən polkovnik Zaviqarov Yuri Yureviç.Polkovnik Yevgeni Zaviqarova nəğd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər. 500 min ABŞ dolları alıb soyqırımdan sonra. Rusiya Federasiyasının Pskov vilayətində yaşayır. Pensiyadadır.
2. Mayor Vladimir Ponomareyv. 22 aprel 1986-cı ildən 10 mart 1992-ci ilə qədər 366-cı alayda xidmət edib. Xocalı soyqrımı günü birbaşa vəhşiliklərin törənməsində iştirak edib. Xocalıda onlarla insanın qatilidir. Rusiyanın Yuqra şəhərindəki Texnoloji universitetin dosenti olan bu əclaf nəinki etdiyi cinayətdən peşman olmamış, əksinə qətliamdan 20 il keçməsinə baxmayaraq hələ də ermənilərin sifarişi və pulu ilə anti-azərbaycan fəaliyyəti ilə məşğul olur
3. Nabokix Yevgeni Aleksandroviç. 3-cü batalyon komandiri. Həyat yoldaşı milliyətcə ermənidir. 500 min dollar mükafat alıb. Hal hazırda Cənubi Amerikada, (Argentinada ehtimal edilir) yaşayır.
4. Zori Balayan erməni yazıçısı, erməni terrorunun ideoloqlarından biri. Xocalı soyqırımı törədilməsinin planlaşdıran və buna rəhbərlik edənlərdən biri.
5. Serj Sərkisyan- keçmiş Ermənistan Prezidenti
6. Robert Köçəryan-keçmiş Ermənistan Prezidenti
7. Manvel Yegizaryan-"Arabo” batalyonunun komandiri. Ermənistanda yaşayır və idoloji işlə məşğul olur.
8. Seyran Ohanyan-2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur. Hazırda sağdır
9. Movses Akopyan - 1992-ci ilin fevralında 366 bölüyünün komandiri olub. Hazırda işğal altında olan Dağlıq Qarabağda qanunsuz silahlı birləşməyə rəhbərlik edib.
10. Sason Saroyan. Erməni general. 2021-ci ilin mayında ayaqları amputasiya olunub. Hal-hazırda əlil arabasına məhkumdur.
11. Aram Torqomyan. Aramo batalyonun komandiri kimi Xocalı qətliamında aktiv iştirak edib. 44 günlük müharibədə ağır yaralanıb.
12. Manvel Qriqoryan. Hərbçi və qondarma “DQR” pralamentinin eks deputatı. 2018-ci ildə qeyri-qanuni silah daşımaqda təqsirləndirilərək həbs olunub.
13. Yuri Xaçaturyan. Ermənistan ordusunun keçmiş qərargah rəisi. 2016-cı ildə vəzifəsindən azad olunub. Haqqında korrupsiya ittihamı ilə məhkəmə işi davam edir.
14. Vitali Balasanyan. Qondarma “Artsax” parlamentinin deputatlarından biri olub.
15. Samvel Babayan -İşğalçı erməni dəstəsinin 1994–2000-ci illər arasında baş komandanı
İttiham olunanların tam siyahısı:
1. Israyelyan Boris Israeloviç
2. Qriqoryan Andon Artsronikovç
3. Qaramyan Suren Nikolayeviç
4. Arakelyan Marat Borisoviç
5. Balayan Emil Vartanoviç
6. Qriqoryan Aleksandr Stepanoviç
7. Qayamayan Qabriel Gevorkoviç
8. Vartanyan Melik Yenokoviç
9. Cavaxyan Qriqoriy Eduardoviç
10. Akopyan Armais Yaşayeviç
11. Terzikyan Sergey Vanikoviç
12. Arutyan Movses Aşotoviç
13. Dulunts Movses Qaraşoviç
14. Saroyan Armais Vldaimiroviç
15. Saakyan Qrışa Sergeyeviç
16. Ayanyan Sarkis Taşisoviç
17. Gevorkyan Nikolay Mixakoviç
18. Safaryan Mixayil Abramoviç
19. Nolyan Aleksandr Robertoviç
20. Mejyan Albert Manveloviç
21. Akopoxvyan Melki Armaisoviç
22. Qriqoryan Karen Papikoviç
23. Markosyan Papik Ayxazoviç
24. Zarkaryan Daniel Vasilyeviç
25. Caqaryan Mixail Sarkisoviç
26. Akopxyan Sarkis Arutyunoviç
27. Qriqoryan Qevorq Vaqanoviç
28. Xaçatryan Valeriy Mövsesoviç
29. Saakyan Martik Aleksandroviç
30. Markosyan Nikolay Rantikoviç
31. Qurqazaryan Papik Arşakovıç
32. Ağacanyan Aşot Arşaviroviç
33. Markosyan Yurik Aykazoviç
34. Ayriyan Seyran Qriqoryeviç
Bu şəxslərin 99%-i hələ də sağdır”.