29 Sentyabr 2023 15:46
33 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva Bakı ilə Qarabağdakı sülhməramlı qoşunların missiyasının uzadılması imkanlarını müzakirə edəcək".

Teleqraf.com xəbər verir kiş, bunu Kremlin sözçüsü Dmitri Peskov sülhməramlıların missiyasının uzadılması ehtimalına cavab verərkən deyib.

“Bura Azərbaycan ərazisidir, məsələ Bakı ilə müzakirə olunacaq”, - Rusiya rəsmisi bildirib.

O əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır.

Peskov qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan üçün vacibdir və Moskva bu işi davam etdirməyə ümid edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər