29 Sentyabr 2023 16:10
9 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Hayeli.am saytı məlumat yayıb.

Sayt qeyd edir ki, separatçıların keçmiş üç başçısı - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, “keçmiş xarici işlər naziri” Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir. Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, “Röyter”in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var.

Sayt xatırladır ki, Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı - Artak Beqlaryanın isə harada olduğunu bilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər