3 Oktyabr 2023 19:05
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Qarabağ ermənilərinə bütün qəlbi ilə rəğbət bəsləyir, humanitar yardım göstərir və sülhməramlılar öz fəaliyyətlərini davam etdirirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Qarabağla bağlı digər müzakirələrə gəlincə, biz cənab Paşinyanın Praqada verdiyi və 1991-ci ildən Azərbaycanın sərhədlərini tanıyan qərarını həmişə xatırlamalıyıq. Müvafiq olaraq, o, Qarabağı Azərbaycan ərazisi kimi tanıdı, bu, hazırda mövcud olan bütün vəziyyətin müqəddiməsidir, amma biz Rusiya tərəfi olaraq Qarabağ ermənilərinə bütün qəlbimizlə acıyırıq”, - Peskov bildirib.

Rusiya rəsmisinin ikibaşlı açıqlamasına gəlincə, doğru qərar elə Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdır. Beynəlxalq hüquqda, BMT və digər beynəlxalq təşkilatların müvafiq sənədlərində də bu belədir. Kremlin sözçüsü bu sözləri ilə nəyi nəzərdə tutur: yəni Ermənistan baş naziri Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, Rusiya "fərqli" düşünəcəkdimi? Necə ki, uzun illər düşünüb, düşünür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər