“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında iştirak edib.
Teleqraf.com xəbər verir ki, isveçli jurnalistlərdən biri baş məqçiyə “Ermənilər hazırda Qarabağı tərk edir, bu sizə təsir edir” sualını verib.
Qurban Qurbanov jurnalistin sualına belə cavab verib:
“Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrin çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Hamı bilir ki, biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. Qarabağ Azərbaycandır, Azərbaycanın olub”.