BMT missiyası son on ildə ilk dəfə olaraq Qarabağa səfər edib, Moskva öz işinin nəticələrini təhlil etmək niyyətindədir, hesabat gözləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
“Bildiyimizə görə, bu, BMT-nin birgünlük missiyasıdır, indi hesabatı gözləyirik. Hər halda, son on ildə ilk dəfədir ki, BMT missiyası bu əraziyə daxil olur.
BMT-nin bir günlük missiyası mahiyyətcə bu durumda mümkün olanı etdi, bu, sakinlər arasında sorğu keçirmək və insidentin infrastruktura, ilk növbədə, Qarabağdakı mülki obyektlərə nə dərəcədə təsir etdiyini öyrənmək idi. İndiyə qədər (missiyanın hesabatına görə) əldə edilənlər göstərir ki, heç bir ciddi dağıntı yoxdur, dini tikililərə ziyan dəyməyib və sair”, - Rusiya rəsmisi bildirib.
Oktyabrın 1-də Qarabağ iqtisadi rayonuna gələn BMT missiyası Azərbaycan ordusunun antiterror tədbirləri zamanı ərazidə mülki və ictimai infrastruktura heç bir ziyanın dəymədiyini açıqlayıb.