Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirb ki, ABŞ və Avropa Birliyinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.
“Brüssel öz geosiyasi ambisiyalarını reallaşdırmaq üçün Vaşinqtonla birgə Azərbaycan və Ermənistana “vasitəçilik xidmətləri”ni sırıyaraq, Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olurlar. İrəvan və Bakı rəhbərliyi iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - Lavrov vurğulayıb.