10 Oktyabr 2023 23:49
15 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hərbi kontigentini Azərbaycan ərazisində saxlamağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya rəsmilərinin Qarabağla əlaqədar son açıqlamalarına diqqət çəkib:

“Kremldə sanki Qarabağla bağlı toplantı keçirilib və qərar verilib ki, Rusiya sülhməramlılarının bölgədən çıxarılması ləngidilsin. Bu haqda əvvəlcə Rusiya xarici işlər nazirinin müavini Qaluzin danışdı, bir gün sonra – bu gün Sergey Lavrovdan oxşar açıqlama gəldi. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqının qeyri-sabitlik toxumları səpdiyi bir vaxtda Qarabağdakı Rusiya sülhməramlıları Cənubi Qafqazda dinc həyatın qurulmasına kömək etməyə hazırdır. Lavrov Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Brüssel və Vaşinqtonun vasitəçiliyindən narahatlıqlarını gizlətmədiklərini bildirdi.

Bu narahatlığın Qarabağdakı Rusiya hərbi kontigenti ilə nə əlaqəsi var?

Rusiya hərbi kontingenti Qarabağdan çıxandan sonra ora heç bir ölkənin hərbi qüvvələri daxil olmayacaq, bu, Rusiyadan əvvəl Azərbaycanın maraqlarına cavab vermir. Buna baxmayaraq, Kreml hərbi kontigentini Azərbaycan ərazisində saxlamağa çalışır. Buna yol verə bilmərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər