Ermənistanın “Demokratik Konsolidasiya” Partiyasının sədri Suren Petrosyan özünü buraxmış qondarma qurumun – “artsaxın qorunması komitəsi” yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Petrosyan “komitənin prioritetləri”ni açıqlayıb. Onun sözlərinə görə, məqsəd “artsax və qurumları”nın qorunmasıdır. Petrosyan çıxışında Qarabağ erməniləri ilə əlaqədar “öz müqəddəratını təyinetmə hüququ” sayıqlamasını da dilə gətirib.
Suren Petrosyan bu məqsədlə İrəvanda olan bir neçə separatçı ilə də görüşüb. Erməni mənbələri həmin şəxsləri “nazirlər və deputatlar” adlandırır.
Artıq Azərbaycan ərazisində - Qarabağ iqtisadi rayonunda heç bir separatçı qurum fəaliyyət göstərmir. Azərbaycan ordusunun son antiterror tədbirlərindən sonra separatçı rejim ləğv edilib. Bəzi liderləri həbs olunub, hazırda Bakıdadırlar, qalanları da İrəvana qaçıb.