16 Oktyabr 2023 08:00
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 247 ailə, yəni 1 050 nəfərin daimi məskunlaşması təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər