19 Oktyabr 2023 12:53
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

"Ağdam şəhərində görüləcək işlərin miqyası çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Bundan sonra daha 3 məhəllə hazırlanaraq, yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik", - deyə o söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər