15 Noyabr 2023 17:20
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağı tərk etmiş insanların (erməniləri nəzərdə tutur - red.) evlərinə qayıtmaq hüquqları var.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz Dağlıq Qarabağı (Qarabağ iqtisadi rayonu – red.) tərk etmiş insanların istəsələr, evlərinə qayıtmaq hüquqlarına malik olduqlarına inanmağa davam edirik. Bu hüquq qorunmalıdır”, - ABŞ rəsmisi bildirib.

Miller bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı keçiriləcək bədnam dinləmələrə münasibət bildirməkdən imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər