ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində Rusiyanın post-sovet ölkələri vasitəsilə sanksiyalardan yayınmasına dair suala cavabında bildirib.
“Biz Ermənistanın özünü idarə etməsi və Rusiya sülhməramlılarının beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıyıq. Biz bunu yalnız ortaya çıxan sülh razılaşması üzərində dərindən məşğul olduğumuz zaman edə bilərik. Biz kənarda qalsaq Rusiya sərhədə nəzarət etməyə davam edəcək”, - Obrayn deyib.
ABŞ rəsmisi hesab edir ki, Azərbaycanın Qarabağ İqtisadi Zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarına əvəz tapılmalıdır.
“Rusiya sülhməramlılarının 5 illik müddət bitdikdən sonra - il yarımdan sonra ölkəni tərk etmələri lazımdır. ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır. Ən yaxşı yanaşma hər iki ölkəyə Qərblə işləmək kimi alternativ verməkdir”, - o deyib.