20 Yanvar 16:57
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana təzyiq etməyə çalışan Fransanın məqsədi Rusiyanı Qarabağda əvəzləməkdir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan deyib.

“Fransanın Azərbaycana qarşı siyasətində əsas geosiyasi məqsəd Rusiyanı hərbi cəhətdən Qarabağdan çıxarmaq və Qarabağa beynəlxalq nəzarət qurmaqdır. Həmin məqsədin reallaşması Fransa və Avropa dövlətlərinə İran, Rusiya və Türkiyəyə qarşı siyasətdə belə bir üstünlük əldə etmək imkanı verə bilər”, - ekspert bildirib.

Qukasyanın fikrincə, Fransa buna Azərbaycana təsir imkanları əldə etmək üçün nail olmaq istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər