“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Xəyalpərəstlər” filminin çəkilişləri başa çatıb.
Bu barədə Teleqraf.com-a filmin icraçı prodüseri Nadir Əliyev məlumat verib. Onun sözlərinə görə, filmin çəkilişləri Bakıda aparılıb.
“Hazırda filmin son montaj işləri gedir. Güman ki, film bu ilin sonuna, yeni il qabağı nümayiş olunacaq. Çünki filmdəki hadisələr yeni il qabağı baş verir”.
Filmdə baş rol ifaçıları Günəş Mehdizadə, Həsənağa Məmmədovdur. Digər rolları Emil Məcnunov, Tünzalə Qəhrəman, Teymur Məmmədov və başqaları canlandırıb.
Filmin rejissoru Rüfət Həsənov, ssenari müəllifləri Asif Rüstəmov, Rüfət Həsənov, operatoru Elman Əliyev, rəssam Sitarə İbrahimova, bəstəkarı Dinarə Hacıyevadır.
“Xəyalpərəstlər” Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Nərmin