Bakı Şopinq festivalı çərçivəsində azərbaycanlı dizayner Rüfət İsmayılovun "Afffair" brendi də iştirak edəcək.
Publika.az xəbər verir ki, dizaynerin qadın və kişi geyim kolleksiyaları Qlobus plazda "Barkers" mağazasında satılır. Uzun illərdir Türkiyədə yaşayan və orada fəaliyyət göstərən R.İsmayılov bildirib ki, kolleksiyaları azərbaycanlı modapərəstlər tərəfindən maraqla qarşılanır:
"Məhsullarımızı bəyənən xanımlar həm instaqram səhifəmizdən, həm də saytımızdan sifariş verirdilər. Bu festival isə onların işini asanlaşdırıb, "Barkers"ə gəlib geyimləri öz üzərində yoxlayıb ala bilərlər. Həmçinin kişi geyimlərinə də kifayət qədər böyük tələbat var".
Qeyd edək ki, Murad Dalkılıç, Murad Yıldırım, Sinan Akcıl, Tülin Şahin, Avatar Atakan və s. məşhurlar azərbaycanlı dizaynerin daimi müştəriləridir.