28 Aprel 2017 23:55
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində mayın 4-dən etibarən qalmaqallı “Rəcəb İvedik 5” türk filminin nümayişi başlanacaq.

Teleqraf.com xəbər verir ki, filmin süjet xəttinə görə Şahan Gökbakarın canlandırdığı Rəcəb İvedik bu dəfə ətrafındakı qrupla birlikdə yarımçıq qalmış vacib bir işi tamamlamaq üçün yola çıxır. Gənc idmançıları müsabiqələrə aparmaq üçün təlimat alan Rəcəb hər zaman olduğu kimi qaş düzəltmək yerinə vurub göz çıxarır və bu səbəbdən Türkiyəni atletika,

boks, güləş və digər idman növləri üzrə təmsil etmək onun və komandasının boynuna qalır.

Türkiyənin “Çamaşırhanə Prodakşn” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi və rejissoru Toğan Gökbakardır. Əsas rollarda aktyorlar

Şahan Gökbakar, Orkan Varan və Dəniz Ceylan çəkiliblər.

Qeyd edək ki, “Rəcəb İvedik 5” filmində Rəcəb İvedikin azərbaycanlı idmançını bir zərbə ilə nokauta salması səhnəsi hər iki ölkədə etirazlara səbəb olub. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq, filmdən azərbaycanlı idmançı ilə bağlı səhnənin çıxarıldığını qeyd edib. O, Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini bildirib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər