18 May 2017 10:43
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün 70-ci Beynəlxalq Kann Kinofestivalının açılışı olub.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın Kann şəhərində keçirilən festivalın açılış mərasiminə iranlı rejissor Əsgər Fərhadi, Pedro Almadovar, Monika Belluçi, Marian Kotiyar, Uil Smit, Uma Turman, Edrian Brodi, modellərdən Bella Hadid, Emeli Ratkovksi, Sara Sampayo və digərləri qatılıb.

Bu il Qızıl Palma uğrunda 19 film yarışır. Əsas proqramda “Başdan çıxarılan” (Sofiya Koppola), “Xoşbəxt sonluq” (Mixail Haneke), “Solğun” (Fatih Akın), “İkiqat sevgili” (Fransua Ozon), “Qəzəbli” (Mişel Xazanaviçus), “Sevgisizlik” (Andrey Zvyagensev), “Okça” (Pon Cun-Xo), “İşıq” (Naomi Kavase), “Roden” (Jak Duayon), Növbəti gün” (Hon San-Su), “Qısa” (Sergey Loznits), “Yaxşı vaxtlar” (Coşua və Ben Sefdi), “Yupiterin peyki” (Kornel Mundruso), “Müqəddəs maralın qətli” (Yorqos Lantimos), “Mayrovis ailəsinin tairxçəsi” (Noa Baumbak), “Möcüzələrlə dolu dünya” (Todd Heyns), “Sən heç vaxt burda olmamısan” (Linn Remsi) ekran əsərləri yer alıb.

Festivalın açılışında Arno Depleşenin “İsmayılın kabusları” filmi nümayiş olunub. Filmdə Marion Kotiyar, Şarlotta Qensbur və Lui Qarrel çəkiliblər.

Festival 28 may tarixinə qədər davam edəcək.

Pərvin


Müəllif: Teleqraf.com