1 İyul 2017 16:50
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADO teatrında fəaliyyətə başlayan aktyorluq kursunun “A” qrupunun hazırladığı “Zombi Zona” tamaşası sabah tamaşaçılara təqdim olunacaq.

ADO-dan Teleqraf.com-a verilən məlumata görə, tamaşa iyulun 2-si saat 20:00-da ADO-nun binasında göstəriləcək.

“Psixosomatik aksiya” janrında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Gümrah Ömərdir.

Adıçəkilən tamaşa canlı musiqinin müşayiəti ilə səhnələşdiriləcək. Musiqi nömrələrini isə məşhur “Les Gardiens Du Silince” qrupu təqdim edəcək.


Müəllif: Könül Əlibəyli