Teleqraf.com xəbər verir ki, “Sima” mükafatı bu il də 12 nominasiya üzrə təqdim ediləcək.
“Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “Mövsümün seçilən aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün məhsuldar aktyoru” və digər nominasiyalar üzrə təyin olunmuş qaliblər təltif olunacaqlar.
Qeyd edək ki, bu mükafat mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, fəallığı ilə seçilən teatr əməkdaşlarının həvəsləndirilməsi və əməyinin dəyərləndirilməsi məqsədilə təsis olunub.