5 İyul 2017 00:31
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru Hakan Balamir bu gün axşam saatlarında dünyasını dəyişib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, xroniki ağciyər xəstəliyindən əziyyət çəkən aktyorun ölümündən bir neçə saat öncə səhhəti kəskin pisləşib və onu təcili xəstəxanaya çatdırsalar da nəticəsi olmayıb.

72 yaşlı aktyor 1945-ci ildə İstanbulda anadan olub. Yeşilçamın məşhur simalarından olan Balamir "Bir Aşk, Bir Ölüm" filmi ilə böyük kinoya gəlib.

O, "Yunus Əmrə" (1974) və "14 Nömrə" (1985) filmlərində canlandırdığı obrazlarla "Altın Portakal" Film Festivalında iki dəfə ən yaxşı kişi oyunçu adına layiq görülüb.

1970-80-ci illərdə Balamir 20-ə yaxın filmə çəkilib. O, rejissor kimi də istedadını sınayıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər