14 İyul 2017 10:51
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni və aktyor İzzət Bağırov “Sevginin göz yaşları” adlı yeni filmə çəkilir.

Filmdə rejissor asisstenti kimi çalışan Vüqar M. Rəsulzadənin Teleqraf.com-a verdiyi xəbərə görə, melodrama janrında olan filmin ssenari müəllifi də elə İzzət Bağırovdur:

“Yeni ekran işimizdə baş rollarda İzzət Bağırovla yanaşı Gülşən Hüseynli də çəkilir. Həmçinin əməkdar artist Kazım Abdullayev, Xalidə Quliyeva və başqaları da bu filmin aktyor heyətinə daxildir.

Çəkilişlər şəhərin müxtəlif məkanlarında aparılır. Çəkilişlərə iyulun 3-də başlamışıq və tam sürətlə davam edirik”.

Filmin rejissoru Samir Qulamov, quruluşçu operator Tural Bağırovdur. Filmin premyerası payız aylarına planlaşdırılır.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər