30 Avqust 2017 22:53
4 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı və aktrisa Aytən Əlizadə ATV telekanalında yayımlanacaq yeni “Laləli saray” serialında Gülnarə obrazını canlandıracaq.

Bu barədə Aytən özü Teleqraf.com-a məlumat verib.

O bildirib ki, teleserialda 20 ildən sonra intiqam almaq üçün geri qayıdan bir qadın rolunu oynayır:

“Bir oğlanla bir-birimizi sevirik, amma qarşımızda maneələr var. Anası da məni istəmir. Pul verib məni illərcə şəhərdən və sevdiyimdən uzaqlaşdırır. Bunun qisası ağır olacaq”.

Aytən qeyd edib ki, onun obrazı serialda baş rollardandır: “Gülnarə çox sərt və ciddi obrazdır. İntiqam hissi ilə alışıb yanır. O, qisasını almaq istəyərkən başına nələrin gələcəyini bilmək istəyənləri “Laləli saray”ı izləməyə dəvət edirəm”.

Yaşar Əhmədovun baş prodüserliyi, Sahin Qəhrəmanın rejissorluğu ilə lentə alınan serialın tizeri artıq yayımlanıb. Aytən Əlizadə serialqabağı fotosessiya etdirdiyini də vurğulayıb.

Teleqraf.com həmin fotoları eksklüziv olaraq təqdim edir.


Müəllif: Könül