4 Oktyabr 2017 23:11
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən əvvəlki iş yerimə – İrəvan teatrına qayıtmaq istəyirəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən çıxarılan aktyoru Əjdər Zeynalov bildirib.

Aktyorun sözlərinə görə, işə bərpa olunması üçün lazımi sənədləri hazırlayır:

“Qanuni yolla aidiyyəti orqanlara və məhkəməyə müraciət edəcəm. Sübut olunsa ki, işimdən qeyri-qanuni azad edilmişəm, o zaman haqq-ədalət öz yerini tutacaq. Mən də teatra qayıdacağam”.

Akytor bu gün sosial şəbəkə profilində paylaşım edərək onun işdən çıxarılması üçün ağ vərəqə qol çəkdiyini etiraf edən həmkarlarından biri ilə təsadüfü görüşdüyünü bildirib:

“Soruşuram, mənim getməyimə niyə qol çəkmisən? Deyir, mən sənin getməyinə qol çəkməmişəm: “İftixar çağırdı kabinetinə, kağızı qoydu qabağıma, dedi ki, hamı qol çəkib, sən də adını yaz, qabağından da qol çək. Mən də adımı yazıb qol çəkdim”.


Müəllif: Şəfiqə